Dənizlər müxtəlif dəniz canlıları ilə doludur. Bu canlılardan biri də meduzadır. Şəffaf bir rəngə sahib olan meduza görünüşcə günbəzli çətirə bənzəyir. Beyni və ürəyi olmayan meduzalar ahtapot kimi qolları sayəsində üzürlər.

Foodinfo.az xəbər verir ki, meduzaların çoxlu müxtəlif növləri var və bəzi növləri zəhərlidir. Hər hansı canlı məxluq onlarala təmasda olduqda zəhərlənmə baş verir. Bu vəziyyət meduza sancması kimi də tanınır.

Bəzi meduza növləri insan istehlakı üçün uyğundur. Yeməli meduza xüsusilə Şərqi və Cənub-Şərqi Asiya ölkələrində istehlak edilir. Çin sahillərində tutulan Rhizostomeae növləri Çin mətbəxində afrodizyak mənbəyi kimi istifadə olunur. Rhopilema esculentum və Rhopilema hispidum yeməli meduza növləridir və Çin, Yaponiya və Koreyada istehlak olunur. Yeməli meduza Myanma, İndoneziya, Çin, Filippin, Tayland və Koreyada istehsal olunur. 

Qeyd edildiyi kimi, bəzi meduza növləri zəhərlidir və kostik kapsullara malikdir. Bu növlərlə təmas dəridə ağrı və qıcıqlanmaya səbəb ola bilər. Zəhərli növlərin yeyilməsi ölümlə nəticələnə bilər. Buna görə də dənizdən şüursuz şəkildə tutulan meduza heç vaxt istehlak edilməməlidir. Bundan əlavə, meduza düzgün təmizlənmədikdə qida zəhərlənməsinə səbəb ola bilər. Odur ki, onlar kapeşəkarlar tərəfindən təmizlənməli və sonra istehlaka uyğunlaşdırılmalıdır.