Qreypfrut 1650-ci ildə Karib dənizindəki Barbados adasında aşkar edilib. Qanda xolesterinin miqdarını aşağı salan qreypfrutun tərkibində damarların tutulmasının qarşısını alan pektin kimi faydalı maddə var. Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün də bu meyvə çox faydalıdır.
Foodinfo.az xəbər verir ki, tibbi mənbələrə istinadla xəbər verir ki, qreypfrut azkalorili olduğuna görə pəhriz saxlayanların və arıqlamaq istəyənlərin də menyusuna daxil olan qidadır, çünki o iştahanı azaldır, yeməkdən sonra yaranan ağırlıq hissini aradan qaldırır. Onun 100 qramında 74 kilokalori var.
Qreypfrutu kəsən kimi yemək lazımdır, onun dadının bir qədər acımtıl olması üzərindəki ağ örtüklə əlaqədardır. Onun qabığının soyulub yeyilməsi düzgün deyil, çünki meyvənin əsas faydası həmin ağ örtükdədir. Həmin qabıqda naringin adlanan maddə var. Narıngin bir müddət iştahanı boğur, tərkibindəki qlükoza metabolizmi sürətləndirir və qısa zamanda artıq çəkidən xilas olmağa kömək edir.
Mədə xorasından əziyyət çəkənlərin və qan təzyiqini aşağı salan dərmanların qəbulu zamanı qreypfrutdan istifadə etməsi məsləhət görülmür. Turş dadı, tərkibində insulin səviyyəsinə qaldıran və erkən yaşlanmaya səbəb olan maddələr də var. Ona görə də orta yaşlılar tərəfindən gün ərzində yarım qreypfrut yemək norma hesab olunur.
Meyvənin qabıqları da çox faydalıdır. Tərkibində mikro və makro elementlərin çoxu qabıq hissədə cəmləşib. Qabıqlara xüsusi şirniyyatlar və çərəzlər əlavə edilərək qida məhsulları hazırlanır. Onu mütləq qaranlıqda saxlamaq məsləhətdir. Otaqda, gün işığı altında saxlamaq tərkibindəki faydalı elementlərin itirilməsinə səbəb olur.
Yetişmiş məhsulu seçərkən ən ağır olan və üzərində qırmızı ləkələrin çoxluq təşkil etdiyi meyvəyə üstünlük verilməlidir.