Xüsusilə mövsüm dəyişiklikləri, stress və istehlak edilən qidalar səbəbiylə baş dərisində kəpək və eqzema problemləri ilə qarşılaşmaq adi bir vəziyyətdir. Saç dərisindəki kəpək və eqzemanı qısa müddətdə aradan qaldırmaq və eqzemanın saç dərisindən asanlıqla təmizlənməsini təmin etmək üçün tətbiq edilməli olan müxtəlif yağlar var. Bu yağların müntəzəm tətbiqi saçlarınızın çox daha sağlam görünməsinə kömək edəcək.
Foodinfo.az-ın məlumatına görə, bu yağ sayəsində saç dəriniz öz sağlamlığını geri qaytaracaq. Üzüm çəyirdəyi yağı baş dərisindəki kəpək və eqzema problemlərini aradan qaldırmaq üçün tətbiq edilməli olan yağlardan ən birincisidir. Vitamin və minerallar baxımından çox güclü bir yağ olan üzüm çəyirdəyi yağı həm saç tökülməsini dayandırır, həm də saç dərisini sağlam ölçüdə saxlamağa kömək edir.
Üzüm çəyirdəyi yağından mütəmadi olaraq istifadə etdiyiniz zaman saç dərinizin qısa müddətdə sağlamlaşdığını, kəpək, eqzema və qaşınma kimi problemlərinizin isə tamamilə aradan qalxdığını görəcəksiniz.