Xəmirə bir az qatıq əlavə etmək yuxalrı daha yumşaq və dadlı edir. Eyni zamanda 1 qaşıq qatıq sayəsində xəmiriniz çox daha tez yayılacaq.
İşinizi asanlaşdıracaq yuxa xəmirinin reseptini təqdim edirik.
Lazım olanlar:
1 kq un
1 stəkan isti süd
1 yumurta
2 stəkan yarım isti su
1 xörək qaşığı duz
1/2 armudu stəkan duru yağ
Sirkə
Soda
Hazırlanması:
Unu bir qaba ələyirik. Ayrı bir qabda yumurta, süd, yağ, qatıq, soda və sirkəni çəngəl ilə çalırıq. Unun ortasında bir quyu düzəldib süd qarışığını əlavə edirik və hamar bir xəmir alınana qədər yoğururuq. Hazırladığınız xəmirin üzərini nəm dəsmal ilə örtün və 20 dəqiqə isti bir mühitdə saxlayın. Sonra xəmiri parçalara bölüb kündələyirik. Dəzgahın üzərinə un səpib yuxaları açırıq.
Bu resept sayəsində evdə asanlıqla fətir hazırlaya bilərsiniz. Yuxanızın dadlı və yumşaq olması üçün qatığa və xəmirin yaxşı acımasına diqqət yetirməlisiniz.