Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
Foodinfo.az-ın məlumatına görə, tədbirdə 1918-ci ildə daşnak erməni millətçilərinin dinc azərbaycanlıları məhz milli və dini zəmində xüsusi qəddarlıqla öldürdüyü, tarixi və mədəniyyət abidələri, mülki obyektləri dağıtdığı qeyd edilib. Bildirilib ki, “Böyük Ermənistan” yaratmaq niyyəti güdən erməni millətçiləri azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə və deportasiya siyasəti aparıb.
Sonda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı kadrları əks etdirən videomaterial nümayiş olunub. Erməni vandalları tərəfindən qətlə yetirilən azərbaycanlıların xatirəsi yad edilib.
[gallery ids="45895,45896"]
Son xəbərlər
- Qan təzyiqi olanlar bu çayı içməsin
- AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi