Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 24-də ölkə üzrə 413 ictimai iaşə obyektində 732 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Sabunçu ‎rayonu, Zabrat dairəsində yerləşən, fiziki şəxs Əzimov Samir Səttar oğluna məxsus “Təndir kabab” restoranı; 2. Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə və Şirin Mirzəyev küç. birləşməsində yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviçə məxsus “Nanə pub” kafesi; 3. Bakı şəhəri, Nərimanov ‎ rayonu, Ə.Rəcəbli 1, ev 27 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Hikmət Mahmud oğluna məxsus “Yeni Dad Ailəvi” restoranı; 4. Bakı şəhəri, Nərimanov ‎ rayonu, Fətəli Xan Xoyski 144 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Elnur Məhəmməd oğluna məxsus “Mallı” restoranı; 5. Bakı şəhəri, Nəsimi ‎ rayonu, Hüseyn Seyidzadə 1, m 1 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Elçin Rəhman oğluna məxsus kafe; 6. Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov 5 ünvanında yerləşən, fiziki şəxs Rüstəmxanli Bəhruz Dilavər oğluna məxsus kafe; 7. Daşkəsən rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs İsmayılov Elman Bəylər oğluna məxsus kafe; 8. Daşkəsən rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədova Kəmalə Həmzə qızına məxsus kafe; 9. Quba rayonu, Küsnətqazma kəndində yerləşən, fiziki şəxs Xamoyev Faiq Ziyadxan oğluna məxsus “Quba Vadi Chalet” mehmanxanasının tərkibində faəliyyət göstərən restoran.   Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.