Sağlamlıq və ev təmizliyi sahələrində təbii məhsullar və ənənəvi üsullar getdikcə daha çox diqqət çəkir. Bu çərçivədə ağ sirkə həm mətbəxdə, həm də müxtəlif sahələrdə istifadə edilən bir məhsuldur. Ağ sirkə qıcqırdılmış alma şirəsinin emalından əldə edilən mayedir. Evdə təmizlik, yemək bişirmək, saç və dəriyə qulluq üçün istifadə edilə bilər. 

 Foodinfo.az xəbər verir ki, ağ sirkə ev təmizliyində təsirli təbii təmizləyici material kimi istifadə olunur. Səthləri, ərpləri təmizləmək və bakteriyaları öldürmək üçün çox faydalı bir seçimdir.

Bəs ağ sirkədən necə və harada istifadə etmək olar?

- Ağ sirkə bişirmədə müxtəlif reseptlərdə istifadə olunur. Təzə tərəvəzlərin yuyulması, salatların hazırlanması və ətlərin marinasiyası üçün də istifadə edilir.

- Saçları yaxalamaq üçün su ilə seyreltilə bilər. Saçın parlaqlığını artıra və baş dərisini yaxşılaşdırmağa kömək edə bilər.

- Suya qarışdıraraq dərini təmizləmək üçün istifadə edilə bilər. Ancaq dəriyə tətbiq edərkən diqqətli olmaq lazımdır, çünki dərini qıcıqlandıra bilər.

- Ağ sirkə ümumilikdə təmizlik üçün məsləhət görülür, içmək üçün deyil.

Düzgün istifadə və doza məsələlərinə diqqət yetirməklə ağ sirkəni müxtəlif sahələrdə effektiv şəkildə istifadə etmək mümkündür.