Ağızdakı yaralar bəzən sadə qıcıqlanma və ya travmadan qaynaqlansa da, bəzən də ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. 

Foodinfo.az xəbər verir ki, əgər yaralar uzun müddət sağalmırsa, bu, immun sisteminin zəifliyini göstərə bilər. 

Məsələn, B12 vitamini, dəmir və fol turşusu çatışmazlığı ağız yaralarına səbəb ola bilər. 

Həmçinin stress, hormonal dəyişikliklər və allergiyalar da yaranı təhrik edə bilər. 

Ağız yaraları bəzi hallarda lupus, Crohn xəstəliyi və Behçet sindromu kimi sistemik xəstəliklərin əlaməti ola bilər. 

Xüsusilə, tez-tez təkrarlanan və ya qanayan yaralar ağız xərçəngi riskini göstərir. Belə hallarda mütləq həkimə müraciət etmək və müvafiq müayinə aparmaq vacibdir. 

Sağlam qidalanma və ağız gigiyenasına diqqət yaraların qarşısını almağa kömək edə bilər.