Quyruq yağı qədim zamanlardan dərinin sağlamlığı və gözəlliyi üçün istifadə edilən təbii məhsuldur.

Foodinfo.az xəbər verir ki, onun tərkibindəki faydalı yağ turşuları və vitaminlər dərini nəmləndirir, elastikliyini artırır və qocalma prosesini gecikdirir. 

Eyni zamanda, quyruq yağı quru və çatlamış dərini müalicə etmək üçün effektivdir. Antibakterial xüsusiyyətləri sayəsində yaraların tez sağalmasına kömək edir. 

Həmçinin dərini sərbəst radikallardan qoruyaraq ona sağlam və parlaq görünüş bəxş edir. 

Soyuq havalarda qıcıqlanmış dəriyə sakitləşdirici təsir göstərir. Təbiiliyi və kimyəvi tərkibdən uzaq olması onu çox dəyərli edir.