Saxta dırnaqlar gözəl görünüş bəxş etsə də, düzgün istifadə edilmədikdə sağlamlıq üçün risk yarada bilər.
Foodinfo.az xəbər verir ki, saxta dırnaqların yapışdırılması üçün istifadə edilən kimyəvi yapışqanlar və məhsullar dırnaq səthinə zərər verə, onu zəiflədə və qırılmasına səbəb ola bilər.
Uzun müddət saxta dırnaq istifadə edilməsi dırnaqların hava almasını əngəlləyir, bu da dırnaq yatağının zəifləməsinə və infeksiyalara yol açır.
Xüsusilə göbələk və bakterial infeksiyalar riskini artırır. Saxta dırnaqların çıxarılması zamanı dırnaq səthinin incəlməsi və hətta təbii dırnağın qopması baş verə bilər.
Kimyəvi maddələrin dəri ilə təması allergik reaksiyalara və ya qıcıqlanmaya səbəb olur.
Sağlamlığınızı qorumaq üçün saxta dırnaqdan davamlı istifadə etməməli, tətbiq və çıxarma prosesində peşəkar xidmətlərdən istifadə etməli, dırnaqlarınıza vaxtında dincəlmək imkanı verməlisiniz.