D vitamini sağlam sümüklər, güclü immunitet və ümumi sağlamlıq üçün vacibdir.

Foodinfo.az xəbər verir ki, onun bədənə daha yaxşı yayılması üçün müəyyən qidalar mühüm rol oynayır. D vitamini yağda həll olunan bir vitamindir, buna görə yağ tərkibli qidalar onun əmilməsini artırır.  

1. Sağlam yağlar: Zeytun yağı, avokado, fındıq və qoz kimi yağlarla zəngin qidalar D vitamininin bağırsaqlardan sorulmasını sürətləndirir.  

2. Kalsium mənbələri: Süd, qatıq, pendir və kələm kimi kalsiumla zəngin qidalar D vitamini ilə birgə qəbul edildikdə sümük sağlamlığını dəstəkləyir.  

3. Maqnezium tərkibli qidalar: İspanaq, badam, balqabaq toxumu və banan maqneziumla zəngindir. Maqnezium D vitamininin aktiv formaya çevrilməsinə kömək edir.  

4. C vitamini: Portağal, limon, brokoli və kivi kimi C vitaminli zəngin qidalar D vitamininin daha təsirli olmasına dəstək verir.  

5. Omega-3 mənbələri: Balıq, balıq yağı, çia toxumu və qoz tərkibindəki omega-3 ilə D vitamininin əmilməsini yaxşılaşdırır.  

Bu qidaları balanslı şəkildə qəbul etmək D vitamininin təsirini maksimuma çatdırır və sağlamlığı qorumağa kömək edir.