Kənd təsərrüfatında düzgün gübrə seçimi məhsuldarlığın artırılması, torpağın qorunması və bitkilərin optimal inkişaf şəraitinin təmin edilməsi baxımdan mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə fermerlərin ən çox istifadə etdiyi gübrələrdən biri də "Ammofos" gübrəsidir. Tərkibində bitkilərin sağlam böyüməsi üçün zəruri olan əsas elementləri ehtiva edir. Həm məhsuldarlığı artırır, həm də keyfiyyətə müsbət təsir göstərir.

Ammofos gübrəsi nədir?

Ammofos gübrəsi tərkibində fosfor və azot maddələrini ehtiva edən mineral gübrə növüdür. Bu iki vacib makroelement bitkilərin sağlam və sürətli inkişafında əvəzsiz rol oynayır. Bu səbəbdən "Ammofos" fermerlər tərəfindən geniş şəkildə kompleks gübrə kimi istifadə olunur. Dənəvər quruluşu sayəsində asanlıqla həll olur və maye formada tətbiq edilə bilir. "Ammofos" gübrəsinin kimyəvi formulu (NH₄)₂HPO₄-dür.

Ammofos gübrəsinin tərkibi

Azot və fosforla yanaşı, “Ammofos gübrəsi”nin tərkibində istehsalçıdan və gübrə növündən asılı olaraq başqa müxtəlif elementlər də yer ala bilər. 

Azot: Azot bitkilərdə zülalların, xlorofilin və nuklein turşularının istehsalında böyük rol oynayır. Azot çatışmazlığı zamanı bikilərdə yarpaqlar saralır və böyümə zəifləyir. Azotun bitkilərin vegetasiya dövrünün əvvəlində ayrıca tətbiq edilməsi məqsədəuyğundur.

Fosfor: Bitkilərdə güclü kök sisteminin formalaşması və davamlı inkişafı üçün fosforun mövcudluğu mütləqdir. Fosfor bitki hüceyrələrində biokimyəvi reaksiyalarda mühüm rol oynayır.

Azotfosforkalium tərkibli gübrələrin faydalarını kəşf edin.

Ammofos gübrəsinin faydaları

Fermerlər üçün “Ammofos gübrəsi” bitkilərin yetişdirilməsi zamanı əsl təsərrüfat dostudur. Gəlin, faydaları ilə tanış olaq:

  • Kök sistemini gücləndirir;
  • Bitkilərin stresə, xəstəliklərə və iqlim dəyişikliklərinə qarşı dayanıqlılığını artırır;
  • Bitkilərin yatmaya qarşı davamlılığını artırır;
  • Taxıllarda zülalın, toxum və qoz-fındıqda sağlam bitki yağlarının, tərəvəzlərdə lifin artmasına kömək edir;
  • Keyfiyyəti yaxşılaşdırır və məhsuldarlığı artırır;
  • Təzə tinglərin inkişafını sürətləndirir.

Ammofos gübrəsinin istifadə miqdarı

“Ammofos gübrəsi”nin istifadə miqdarı müxtəlif bitkilər üçün dəyişkəndir. Aşağıdakı siyahıdan bəzi bitkilər üçün istifadə miqdarı ilə tanış ola bilərsiniz.

  • Tut - 1 kvadrat metrə 20 q.;
  • Tərəvəz bitkiləri - 1 kvadrat metr üçün 25 q.;
  • Kök bitkiləri - 1 kvadrat metr üçün 25 q.;
  • Meyvə ağacları - 1 yetkin ağac üçün 100 q və gənc ağac üçün 50 q.

Ammofos gübrəsinin satışı

Mütəxəssislər təsərrüfat sahələrində və meyvə bağlarında bol, yüksək keyfiyyətli məhsul yığımı üçün “Ammofos gübrəsi”nin tətbiqini tövsiyə edir. “Ammofos gübrələri” bitkilərdə vegetativ inkişafı stimullaşdıraraq, təsərrüfat sahələrində zərərvericilərə, xəstəliklərə, iqlim dəyişikliklərinə qarşı dayanıqlığı artırır. Nəticədə, zəhmətkeş fermerlər üçün mövsüm hədəfləri daha sürətli və bol məhsuldarlıqla tamamlanır. Faydalı cəhətlərinin çox olması ilə yanaşı, sahələrə tətbiq ediləcək “Ammofos gübrə” çeşidlərinin yüksək keyfiyyətli olmasına diqqət etmək vacib nüanslardandır.

Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq, keyfiyyətli “Ammofos gübrəsi” çeşidlərini əldə edə bilər.

Eyni zamanda, təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qorumabitki bəsləmə vasitələrini əldə etmək mümkündür.

Ammofos Gübrəsinin Qiyməti

gubre.az aqrar ticarət şəbəkəsi tərəfindən fermerlərə təqdim olunan “Ammofos gübrəsi”nin qiymətləri ilə aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz.