Müxtəlif yeməklərin hazırlanması zamanı çox vaxt tomat pastasının yalnız bir neçə qaşığı istifadə olunur. Qalan məhsulun isə tez xarab olmadan necə saxlanılması bir çox evdar qadını maraqlandırır.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssislər açılmış tomat pastasının təzəliyini daha uzun müddət qorumaq üçün bir neçə sadə üsul tövsiyə edirlər. Ən geniş yayılmış üsullardan biri məhsulun dondurulmasıdır. Lakin hər kəs üçün bu variant əlverişli olmadığından alternativ həll yolları da mövcuddur.
Bunlardan biri xardaldan istifadədir. Bunun üçün açılmış bankanın ağzına və qapağın daxili hissəsinə nazik qat xardal çəkmək kifayətdir. Xardal təbii konservləşdirici xüsusiyyətlərə malik olduğundan məhsulun daha uzun müddət xarab olmamasına kömək edir.
Digər effektiv üsul isə bitki yağıdır. Tomat pastasının üst hissəsini nazik yağ təbəqəsi ilə örtmək hava ilə təması minimuma endirir. Bu da məhsulun dadının və keyfiyyətinin daha uzun müddət qorunmasına şərait yaradır.
Qida təhlükəsizliyi üzrə xarici mütəxəssislər bildirirlər ki, açılmış tomat pastası hər zaman soyuducuda saxlanmalı və istifadə zamanı təmiz qaşıqdan istifadə edilməlidir. Bu qaydalara əməl olunduqda məhsulun saxlanma müddətini əhəmiyyətli dərəcədə artırmaq mümkündür.






