C vitamini bədən üçün vacib bir antioksidantdır və immuniteti gücləndirir, dəmirin mənimsənilməsinə kömək edir, dəri sağlamlığını qoruyur. 

Foodinfo.az xəbər verir ki, C vitamini ilə zəngin qidalar arasında ilk növbədə sitrus meyvələri (portağal, limon, qreypfrut) gəlir. Eyni zamanda, qırmızı bibər, kivi, çiyələk, brokoli, ispanaq, pomidor və gül kələmi də C vitamini ilə zəngindir.  

Bu qidalar tərkibindəki C vitamini sayəsində soyuqdəymənin qarşısını alır, damarları möhkəmləndirir və bədəni sərbəst radikalların təsirindən qoruyur. 

C vitamini orqanizmdə depolanmadığı üçün hər gün bu vitaminlə zəngin qidaları qəbul etmək sağlamlıq üçün vacibdir. Çiy halda istehlak edilmələri daha çox fayda təmin edir.