Qarabaş otu (lavanda) qədim zamanlardan təbii dərman kimi istifadə edilən bitkidir. Foodinfo.az xəbər verir ki, onun tərkibindəki efir yağları və antioksidantlar sağlamlıq üçün çox faydalıdır. 

Qarabaş otu sinir sistemini sakitləşdirir, stressi və yuxusuzluğu aradan qaldırır. 

Çay kimi dəmlənərək baş ağrıları və migrenlərin müalicəsində istifadə olunur. 

Antibakterial və iltihabəleyhinə xüsusiyyətləri ilə immun sistemini gücləndirir və infeksiyalardan qoruyur. 

Həzm sisteminə də faydalıdır, qəbizliyi azaldır və mədə ağrılarını yüngülləşdirir. 

Qarabaş otu dəri üçün də faydalıdır, sızanaqların müalicəsində və yaraların tez sağalmasında təsirlidir. Üstəlik, xoş ətri ilə rahatlıq və enerji bəxş edir.