Ağrının öhdəsindən gəlməyə kömək edən dərmanlar yalnız həkim tərəfindən təyin edildiyi zaman və yalnız həqiqətən lazım olduqda istifadə edilməlidir. Çünki belə dərmanlar tez-tez və səhv istifadə edildikdə asılılıq yarada bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru Yelena Filatova xəbərdarlıq edib.
Onun sözlərinə görə, ağrıkəsicilər ağrıları azaltmaqla yanaşı, sistematik istifadə edildikdə, əksinə, onları gücləndirir və xroniki hala gətirir. Buna görə də, bellə dərmanlar həftədə iki-üç dəfədən çox istifadə edilməməlidir. Onlardan asılılıq başqa şeylərdən asılılıq qədər ciddi ola bilər.
Çox vaxt baş ağrısından əziyyət çəkən insanlar mütəxəssislərə müraciət etmədən, özləri problemin öhdəsindən gəlməyə və ağrını ağrıkəsicilər qəbul etməklə aradan qaldırmağa çalışırlar. Lakin baş ağrısı öz-özünə keçmirsə, həkimə müraciət etmək vacibdir. Yalnız həkim lazımi məsləhətləri verə və konkret vəziyyətə uyğun olaraq düzgün müalicəni təyin edə bilər.
Fərid