Gənc dəri hər kəsin arzusudur. Bununla belə, dərinizdə zamanla qırışlar və incə xəttlər görünə bilər. Dərinizin və bədəninizin hər zaman gənc qalmasını istəyirsinizsə, bəzi vərdişlərə diqqət yetirməlisiniz. 

 Foodinfo.az xəbər verir ki, amerikalı həkim Mark Hyman hər zaman gənc qalmağın sirrini açıb.

Sizi tox hiss etdirən balqabaq kalorisi az olduğu üçün kökəlməyin qarşısını alır. Protein tozu əzələlərin böyüməsini və saxlanmasını təmin edir. Hyman, heç bir əlavənin bu qidaları əvəz edə bilməyəcəyini söylədi.

Bir çox araşdırmalar göstərir ki, ağırlıq qaldıran yaşlı insanların vaxtından əvvəl ölüm riski daha azdır. 

Səhər oyandıqdan sonra meditasiya stress hormonlarının səviyyəsini aşağı salaraq qocalmanı ləngidir. 2020-ci ildə Buddist rahiblər arasında aparılan bir araşdırma sübut etdi ki, hər səhər meditasiya beyin qocalmasını 8 ilə qədər ləngidir. Məlum olub ki, müntəzəm meditasiya təkcə beyində deyil, hüceyrələrdə də qocalma əlamətlərini ləngidir. 

Soyuq duş bədəndəki iltihabı azaltmaqla qocalmanı ləngidir.

Bitki mənşəli qidaların istehlakına diqqət yetirən Dr. Hyman qeyd edir ki, ətsiz pəhriz iltihablanma riskini artırır.