Təsərrüfat sahələrində fermerlər tərəfindən tərkibində müxtəlif qida elementlərinin yer aldığı müxtəlif bitki bəsləmə vasitələrindən istifadə olunur. Buna səbəb odur ki, müvafiq vasitələr bitkilərdə qida çatışmazlığını aradan qaldıraraq, məhsuldarlığı, keyfiyyəti, müxtəlif iqlim şəraitlərinə müqaviməti artırır. Bu kateqoriyaya daxil olan bitki bəsləmə vasitələrindən biri də Ammonium Nitrat gübrəsidir. Bitkilər üçün azot mənbəyi olan ammonium nitrat gübrəsi onların böyüməsini və inkişafını sürətləndirsə də, onun istifadəsi ilə bağlı bir çox nüanslara da yaxından bələd olmaq vacibdir. Odur ki, ammonium nitrat gübrəsi haqqında məlumatları nəzərinizə çatdırırıq.
Ammonium Nitrat Gübrəsi Nədir?
Ammonium nitrat təsərrüfatlarda və bağ sahələrində geniş istifadə olunan bitki bəsləmə vasitəsidir. Suda asanlıqla həll olunan qranul şəkillidir. Ammonium Nitrat gübrəsinin tərkibində hər ikisinin miqdarı 16,5% olmaqla ammonium və nitrat azotu yer alır. Ümumilikdə isə tərkibində 33% azotu ehtiva edir. Tərkibinə və asanlıqla həll olması sayəsində digər azotlu gübrələrlə müqayisədə təsirediciliyi daha uzun müddət davam edir. Ammonium Nitrat gübrəsinin tətbiqi zamanı torpağın pH səviyyəsində dəyişiklik müşahidə edilmir. Bütün növ torpaq növlərində istifadəsi mümkündür. Tərkibindəki nitrat azot asanlıqla yuyulduğu üçün yağıntının çox olduğu bölgələrdə istifadəsi tövsiyə edilmir. Bu ərazilərdə ammonium nitrat gübrəsini bir dəfəlik istifadə əvəzinə, 2-3 dəfə istifadə edilməlidir.
Ammonium Nitrat Gübrəsinin Bitkilər Üçün Faydaları
- Torpağın tərkibini qida maddələri ilə zənginləşdirir
- Bitki orqanizmində fotosintez prosesini stimullaşdırır
- Bitkilərdə vegetativ inkişafı sürətləndirir
- Keyfiyyəti və məhsuldarlığı artırır
- Düzgün tətbiq olunduğu təqdirdə məhsuldarlığı 45%-ə qədər artırır
- Bitkilərdə xəstəliklərə qarşı müqaviməti gücləndirir
Ammonium Nitrat Gübrəsinin Tətbiqi
Ammonium Nitrat gübrəsi suda tez və qalıqsız həll olunan tərkibə malik olduğundan damcı suvarma sistemlərində asanlıqla istifadə oluna bilər. Çəltikdən başqa dənli bitkilər, tərəvəz, meyvə ağacları və s. kimi bütün növ bitkilərdə istifadə oluna bilər.
Ammonium Nitrat Gübrəsini Gübrəsinin Növləri
“Ammonium Nitrat Eurochem” gübrəsi bitkilərin inkişafını sürətləndirərək, keyfiyyətin və məhsuldarlığın yüksəlməsində böyük rol oynayır.
Ammonium Nitrat - Minudobreniya
“Ammonium nitrat Minudobreniya” gübrəsi bitkidə yarpaq, gövdə, kök və meyvə əmələ gəlməsini, suyun udulmasını, çiçəklənməni stimullaşdırır.
Ammonium Nitrat Gübrəsinin Satışı
Ammonium nitrat gübrəsi bitkilərin sağlam inkişafına nail olmaq, həmçinin, məhsuldarlığı artırmaq üçün kənd təsərrüfatlarında tətbiq olunan mühüm bitki bəsləmə vasitələrindəndir. Ancaq ammonium nitrat gübrəsini tətbiq etməzdən öncə torpaq analizini həyata keçirmək, həmçinin, mütəxəssis dəstəyindən yararlanmaq zəruridir. Ölkəmizdə kənd təsərrüfatı istehsal vasitələrinin satışı üzrə ixtisaslaşmış gubre.az aqrar ticarət şəbəkəsi fermerlərimiz üçün ödənişsiz aqronom məsləhəti xidmətini təklif edir. Fermerlərimiz 828 qısa nömrəsi və ya sosial media hesabları (Instagram, Facebook, LinkedIn) vasitəsi ilə müvafiq xidmət üzrə müraciətlərini, həmçinin ammonium nitrat gübrə çeşidləri, toxumlar, digər bitki qoruma və bəsləmə vasitələri üzrə sifarişlərini ünvanlaya bilər.