Moskva restoranları aprelin 1-də yay terraslarını açacaqlar. Hazırda onların quraşdırılması və mövsümə hazırlanması işləri aparılır.
Bu barədə “Moskva 24” saytı paytaxt merinin və hökumətinin portalına istinadən məlumat yayıb.
“Moskvadakı bütün yay verandaları ciddi qeydiyyata alınmalı və şəhərin planlaşdırılması sxeminə daxil edilməlidir. Bundan əlavə, mövsümi kafelər paytaxtın memarlıq üslubuna ahəngdar şəkildə uyğunlaşmamalı, həm də sakinlərini narahat etməməlidir”, - Moskva Dövlət Əmlak Müfəttişliyinin rəisi İvan Bobrov bildirib.
Qaydalara əsasən, yay kafeləri metronun girişindən ən azı 25 metr, dayanacaqlardan ən azı on metr və yeraltı keçiddən ən azı beş metr məsafədə yerləşməlidir.