Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir. Foodinfo.az xəbər verir ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Xaçmaz regional bölməsinin inzibati ərazi vahidinə daxil olan rayonlarda yerləşən meyvə bağlarında, pomidor istixanalarında və aqrokimyəvi anbarlarda zərərli orqanizmlərin aşkar edilməsi və onlara qarşı mübarizə tədbirlərinin aparılması məqsədilə keçirilən monitorinqlər zamanı ağacların və meyvələrin zərərvericilərlə sirayətlənməsi, bağlarda hansı pestisidlərdən və aqrokimyəvi maddələrdən istifadə olunması, həmçinin aqrokimyəvi anbarların fəaliyyət sahəsinə uyğunluğu yoxlanılıb. Monitorinqlər zamanı bağ sahiblərinə maarifləndirici məlumatlar verilib. Eyni zamanda müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. [gallery ids="41312,41313,41314"]