Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi ehtiramla yad edilib.

Foodinfo.az xəbər verir ki, həmçinin 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hadisələrin əks edildiyi videoçarx nümayiş olunub. Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğından və bu faciənin qurbanlarından danışılıb. Eyni zamanda ölkəmizdə 20 Yanvar faciəsinin milli birlik və vətənpərvərliyin simvoluna çevrildiyi bildirilib. 

Qeyd edək ki, Agentliyin regional bölmələri tərəfindən də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbirlər keçirilib. Tədbirlərdə 20 Yanvar gününün Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsi olduğu qeyd edilib.