24 iyun 2021-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Foodinfo.az-ın xəbərinə görə, iclasda cari məsələlərin müzakirəsi ilə yanaşı, AQTA-nın həyata keçirdiyi bir sıra nəzarət tədbirləri, habelə vaxtı ötmüş qida məhsullarının satış şəbəkələrindən çıxarılması, məhv edilməsi prosesində AQTA yanında İctimai Şura üzvlərinin iştirakı və bununla bağlı Agentlik rəhbərliyinə müraciət edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə pandemiya şəraitində kütləvi şənliklərin, toyların keçirilməsi, isti havalarda qida zəhərlənmələrindən qorunmaq və s. mövzularda maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyələrin verilməsi diqqətə çatdırılıb. Habelə, dönər satışı sahəsində normativ texniki sənədlərin tələblərilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
[gallery ids="38572,38573,38574,38575"]
Son xəbərlər
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin
- Axşam yeməyi üçün ən pis içkilər