Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Belarus Respublikasının Minsk şəhərində yerləşən S. N. Vişelyeski adına Eksperimental Baytarlıq İnstitutu Respublika Elmi-Tədqiqat Unitar Müəssisəsi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Foodinfo.az-ın məlumatına görə, "Belagro-2021" sərgisi çərçivəsində imzalanan memorandumda bakterioloji, molekulyar-genetik, parazitoloji, biokimyəvi, toksikoloji, seroloji müayinələrin təkmilləşdirilməsi, baytarlıq preparatlarının, yem və yem əlavələrinin, eləcə də heyvan mənşəli məhsulların sınaqlarının təkmilləşdirilməsi sahəsində birgə əməkdaşlığın genişləndirilməsi öz əksini tapıb.
Anlaşma memorandumuna əsasən AQTİ və S. N. Vişelyeski adına Eksperimental Baytarlıq İnstitutu Respublika Elmi-Tədqiqat Unitar Müəssisəsi tərəfindən xüsusi təhlükəli xəstəliklərin monitorinqi, proqnozlaşdırılması, profilaktikası və digər sahələrdə uzunmüddətli əməkdaşlıq həyata keçiriləcək.