Əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, kadrların səriştəliliyinin artırılması üçün təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Milli Referens Laboratoriyası Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Nazirliyi (USDA) tərəfindən təşkil edilən səriştəlilik sınağında uğurla iştirak edib. Belə ki, səriştəlilik sınağı çərçivəsində laboratoriyaya daxil olan qarğıdalı və soya sınaq nümunəsində GMO (35 S, NOS, FMV təsbiti) təyini analizi Amerikanın Agilent şirkətinə məxsus olan PZR (polizəncirvari reaksiya) cihazında müayinə edilib.
Sınaq zamanı əldə olunan nəticələr USDA AMS FGİS Technology and Science Division Biotexnologiya Laboratoriyasının müdiri Ph.D. Brian Beecher-ə təqdim olunub. Əldə edilən göstəricilərə əsasən Laboratoriya yüksək nəticə əldə edib və səriştəlilik sınağından müvəffəqiyyətlə keçib.
[gallery ids="34882,34883"]
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı