Araz Supermarketlər Şəbəkəsi İnsan Resursları "Əmək haqqı üzrə mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir! Foodinfo.az-ın məlumatına görə, tələblər aşağıdakılardır: - Ali təhsil (Mühasibatlıq, Maliyyə,İnsan Resursları); - Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi; - İmtiyazlarla (Bonus sistemi, dərəcələndirmə, KPİ lar) iş təcübəsi olanlara üstünlük verilir; - Yüksək səviyyədə MS Excel bilikləri; - Problem həll etmə, analitik düşüncə, hesabatlılıq səriştəlikləri. Vəzifə öhdəlikləri : - Şirkət əməkdaşlarının aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablanmasını təmin etmək və ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək; - Əmək haqqı, dərəcələndirmə və bonus sistemlərinin qurulmasında iştirak etmək; - İşçilərin məzuniyyət haqlarını, kompensasiyaları, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsini təmin etmək; - Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişlərin hesablanmasını həyata keçirmək və vaxtında ödənilməsini təmin etmək. Təminatlar: - Nahar ilə təmin edilmə; - Əmək bazarına uyğun rəqabətli əmək haqqı; - 5 günlük iş qrafiki; - Servis xidməti. Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Əmək haqqı üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.