Arıçılıq məhsullarından xəstəliklərin müalicəsində istifadə poplayr məsələdir. Bəs qanunda bununla bağlı hansısa müddəa nəzərdə tutulubmu?

Foodinfo.az xəbər verir ki, qanunvericilikdə insan və heyvan xəstəliklərinin profilaktikasında və müalicəsində arıçılıq məhsullarından istifadə məsələsi yer alıb.

Qanuna əsasən insan və heyvan xəstəliklərinin profilaktikası və müalicəsi məqsədilə arılardan, arıçılıq məhsullarından və apifitoməhsullardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada dərman vasitəsi kimi istifadə oluna bilər.

Onu da vurğulamaq lazımdır ki, arıçılıq məhsullarından və apifitoməhsullardan hazırlanmış dərman vasitələrinin kliniki sınağı və tətbiqi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.