Hollandiyada aparılan bir araşdırma nahara çeynənməsi çətin olan sərt qidaları daxil etdikdə insanların 26 faiz daha az kalori istehlak etdiyini göstərdi. 50 nəfər üzərində aparılan araşdırmanın nəticələrinə görə, iştirakçılar daha çox çeynəmək məcburiyyətində qalanda yeməyin yarısını yeyərək daha tez toxluq hiss ediblər.
Yumşaq kartof püresi əvəzinə qaynadılmış düyü, kələm salatı yerinə xırtıldayan salat və balıq əvəzinə toyuq döşü yeyərək daha arıq qala bilərsiniz.
Tədqiqatçılar hesab edirlər ki, daha yavaş yemək bədənə istehlak edilən qida miqdarını izləmək üçün daha yaxşı fürsət verir.