Dövrümüzün ən qlobal və qorxulu yuxusu olan piylənmə problemi bir çoxumuzu narahat edir.
Bəzi şəxslər müxtəlif diyetləri sınayır, idmanla məşğul olur və arıqlamaq üçün müxtəlif üsulları sınaqdan keçirsə də, arıqlaya bilmirlər.
Foodinfo.az arıqlamağa mane olan bəzi səbəbləri təqdim edir:
1- Xroniki stress
Stressli dövrlərdə böyrəküstü vəzilərdən kortizol hormonu ifraz olunur. Kortizol enerji təmin etmək üçün vacib olsa da, iştahı artırır. Bu hormonal balanssızlıq kilo itkisini sabote edə bilər.
2- Qlütenə qarşı dözümlülük
Qlütenə qarşı həssaslıq və ya dözümsüzlük arıqlamağınızı çətinləşdirə bilər. Bunun qarşısını almaq üçün qlüten, süd məhsulları və ya digər pəhriz tətikləyicilərini xaric edin. Sonra bu qidaları alternativlərlə əvəz edin.
3- Qeyri-kafi yuxu
Vücudunuzun kifayət qədər yuxu almaması yağın yanmasına mane ola bilər. Hər gecə yeddi-səkkiz saat yatmağı hədəfləməlisiniz. Çünki yuxu yağ tənzimləyən hormonlarımızı tarazlaşdırır və gün ərzində yemək istəyini azaldır.
4- Həddindən artıq qəlyanaltı istehlak etmək Arıqlama prosesində əsas yeməklərinizə diqqət yetirdiyiniz halda, qəlyanaltılardan vaz keçə bilməməyiniz arıqlamağınızı dayandıra bilər.
5- Kardioda çox qaçmaq
Kardioda bir saatdan çox məşq edirsinizsə, bu, kortizol səviyyənizi yüksəldə və hədəflərinizə əks təsir göstərə bilər. Bunun əvəzinə 20-30 dəqiqəlik interval məşqi yağ yandıra və arıqlama prosesinizi dəstəkləyə bilər.