Exploration şirkəti Beynəlxalq Kosmik Stansiyaya yüklərin çatdırılması üçün Avropanın təkrar istifadə edilə bilən gəmisinin istehsalçısı ola bilər.

Bu barədə “Avropa Kosmik Uçuş” nəşri məlumat yayıb.

Belə ki, Avropa Kosmik Agentliyinin aşağı Yer orbitinə dörd ton yük çatdırmalı və ikisini geri qaytarmalı olan yük maşını ilə bağlı tələblərinə cavab verən tək Avropa gəmisi Exploration şirkətinin Nyx yük maşınıdır.

Nəşr qeyd edir ki, Avropada üzərində işlənən daha iki yük maşını (Smart Upper Stage for Innovative Exploration (SUSIE) və Argo) hazırda Avropa Kosmik Agentliyinin tələblərinə cavab vermir.

Fərid