Saat 18:00-dan sonra yeməməyin arıqlatdığı barədə mif metabolik proseslərin düzgün başa düşülməməsi ilə bağlıdır.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Veronika Qusakova NEWS.ru-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, çəki atmaq rasionun kalorililiyini azaltmaqla olur, buna görə də insan dəqiq müəyyən edilmiş vaxt çərçivəsində daha az yeyir. Eyni prinsip aralıqlı oruca da aiddir.

Həkim son yeməyi yatmazdan iki-üç saat əvvəl qəbul etməyi məsləhət görüb. Saat 22:00-da yatanlar üçün nahar yeməyinin optimal vaxtı 19:00-dır. Lakin siz gec yatırsınızsa, o zaman şam yeməyini yatmazdan dörd-beş saat əvvəl etmək daha yaxşıdır.

Axşam yeməyi çox yüngül olmalıdır. Günün sonuna yaxın sirkad ritmlərinə görə orqanizmdə maddələr mübadiləsi yavaşlayır. Tərəvəz və zülallı qidalar axşam yeməyi üçün əla seçimdir Arıqlayan zaman  qanda daim amin turşusu tərkibini qorumaq üçün zülallı qidalardan istifadə etmək lazımdır.

Qusakova bildirib ki, bəzi məhsullar diskomforta və həddindən artıq qaz əmələ gəlməsinə səbəb ola bilər. Buna görə də yuxunun pozulmaması üçün yatmazdan əvvəl ağır, qızardılmış və yağlı qidalardan uzaq durmaq məsləhətdir.

Leyla