Azərbaycan 2022-ci ildə 54,947 min ton şəkər ixrac edib.

Foodinfo.az Dövlət Gömrük Komitəsinin informasiyalarına əsasən məlumat verir ki, 2021-ci ilə nisbətən Azərbaycanın şəkər ixracı 7,1 % azdır.

12 ayda Azərbaycanın ixrac etdiyi şəkərin dəyəri 38,806 milyon dollar olub. Bu isə illik müqayisədə 20,9 % çoxdur.

Hesabat dövründə Azərbaycanın şəkərin ixracı ümumi ixracın 0,10 %-ni, qeyri-neft sektoru ixracının isə 1,27 %-ni təşkil edib.