Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə meyvə bağlarında fitosanitar monitorinqləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Balakən rayonunda meyvə bağlarında həyata keçirilən monitorinqlər zamanı karantin tətbiq edilən meyvə ağaclarının bakterial yanığı (Erwinia amylovora) xəstəliyi, şərq meyvəyeyəni (Grapholita molesta), tut çanaqlı yastıcası (Pseudaulacaspis pentagona) aşkar edilib. Sirayətlənmiş bitki orqanlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasına təqdim olunub.
Monitorinqlər zamanı aşkar edilmiş zərərli orqanizmlər, onların iqtisadi zərəri, eyni zamanda ixrac potensiallı müəssisələrə ixrac zamanı sahibkarın vəzifə və öhdəlikləri, fitosanitar ixrac prosesləri, xarici ölkələrin idxal fitosanitar tələbləri haqqında təsərrüfat sahiblərinə məlumat verilib, zərərli orqanizmlərə qarşı müvafiq bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi üçün zəruri tövsiyələr verilib.
[gallery ids="41235,41236,41237"]
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir