Biz adətən banan qabıqlarını atırıq, lakin onu atmamalısınız.
Foodinfo.az xəbər verir ki, sağlamlıq sahəsində banan qabığı bir çox müalicə üsullarında istifadə olunur. Xüsusilə dəri problemləri ilə mübarizədə təsirli olan banan qabığı antioksidan xüsusiyyətləri sayəsində dəridəki sərbəst radikalları təmizləyir və dərini cavanlaşdırır.
Eyni zamanda banan qabığı günəş yanığı, sızanaq və eqzema kimi dəri problemlərinin müalicəsində də təsirlidir. Dərinin nəm balansını saxlayaraq quruluq və qıcıqlanma problemlərini azaldır.