Bəzən yemək və içki saxladığımız bankaların qapaqlarını açmaq çox çətin olur. Əslində mətbəxdə banka aça bilməyən ailə üzvü başqa bir ailə üzvündən kömək istəyə bilər. Bəzən də bankanın ağzını açmağa cəhd edərkən əl və ya qol incilə bilir. 

Bəs banka qapağını necə asanlıqla açmaq olar?

Foodinfo.az banka qapağını qısa müddətdə açmağın praktik və effektiv üsullarını təqdim edir:

 Qaynar su üsulu bankanın qapağını qısa müddətdə açmaq üçün ən çox istifadə edilən üsullardan biridir. Bu üsul üçün dərin bir qaba qaynar su əlavə edin. Bankanı tərsinə çevirib elə qoyun ki, bankanın qapağı qaynar suda olsun. 30 saniyə gözləyin və 30 saniyənin sonunda heç bir əlavə səy göstərmədən qapağın açıldığını görəcəksiniz.

 Saç feni ilə bankanın qapağının daha çox yapışdığı hallarda istifadə edə bilərsiniz. Feni yüksək istiliyə qoyun və 30 saniyə bankanın qapağına tərəf tutun. Sonra qapağı dəsmal ilə açın, çünki metal qapaq isti ola bilər.

 Banka qapağını qısa müddətdə açmaq üçün digər asan və istifadə edilən üsul rezin əlcək üsuludur. Rezin əlcəklərinizi geyindikdən sonra banka qapağının bir anda açıldığını görəcəksiniz.