Azərbaycanda 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Foodinfo.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar verib. Qeyd edək ki, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.