Azərbaycanda bayram tətili bitib. Bayram günlərində qidalanma ilə bağlı “ipin ucunu qaçıran” bir çoxları üçün bayramdan sonra alınan kiloların veirilməsi üçün fürsət yaranır.
Dietoloq Nadejda Korsakova şəxsi “Telegram” kanalında bayramdan sonra şirniyyatdan kəskin imtinanı səhv adlandırıb.
“Tez formada olmaq üçün müəyyən qida qruplarını istisna etmək səhvdir. Çörək məmulatları, şirniyyatlar və “fast- food”lar bədəndə tez paylanır. Bunlardan istifadə daha sonra mənəvi gərginliyə, pis əhval-ruhiyyəyə, “dadlı” bayramlara görə günahkarlıq və intiqam hissinə, bir müddət sonra “qadağan olunmuş” qidalarla bağlı düşüncəyə gətirib çıxarır”, - deyə mütəxəssis yazıb.
Korsakova həmçinin tətil zamanı yediklərinizi əritmək üçün fiziki fəaliyyəti kəskin artırmamağı tövsiyə edib:
“Bu səbəbdən siz zədə ala, pəhriz təfəkkürü gücləndirə (yemək pozğunluğuna doğru bir addım), məşqi tez tərk edib məyus ola və daha radikal tədbirlər görə bilərsiniz. Detoks və təmizlənmə nəticəsində bədən daha da böyük stressə məruz qalacaq”.
Dietoloqun sözlərinə görə, insanlar bir-iki gündə kəskin şəkildə arıqlayır, sonra isə böyük gözləntilərə görə adekvat arıqlamaq çətinləşir.