Yeni il süfrəsində ağır yeməkdən sonra mədənizdə ağırlıq və dolğunluq hiss edirsinizsə, porsiyaları azaltmaq və yumşaq içkilər içmək lazımdır. Fooinfo.az xəbər verir ki, bunu qastroenteroloq Aleksey Paramonov kp.ru saytına müsahibəsində bildirib. O, qeyd edib ki, bayram zamanı az yemək və kiçik hissələrdə içkilər içmək lazımdır. Bunlar meyvə şirələri, qazsız mineral su, limonlu su ola bilər. İdeal olaraq çölə çıxıb təmiz havada gəzmək tövsiyə olunur.
Mədənin hərəkətinə səbəb olan prokinetik dərmanlar da qəbul edə bilərsiniz.
Effektivlik baxımından mütəxəssislər müasir mikroqranullaşdırılmış ferment preparatlarını vurğulayırlar. Hər bir kapsul mədə şirəsinə davamlı olan çoxlu mikrotabletlərdən ibarətdir. Belə dərmanlar bağırsaqlara çatmadan mədədə yaxşı həzm olunur.
Fərid