Bədəndəki iltihab infeksiyalarla mübarizə aparmaq üçün bədənin immun sisteminin cavabıdır. Lakin bəzi hallarda orqanizmdə iltihab sabitləşə və xroniki iltihablı vəziyyət yarana bilər. Xroniki iltihab bir çox sağlamlıq problemlərinə səbəb ola biləcək bir vəziyyətdir və bununla mübarizə aparmaq çox vacibdir.
İltihabı azaltmaq və iltihabı idarə etmək üçün müntəzəm olaraq antiinflamatuar qidalar istehlak etmək çox faydalıdır.
Foodinfo.az bədəndəki iltihabı azaltmağa kömək edə biləcək bəzi qidalari təqdim edir:
BALIQ
Somon, sardina və skumbriya kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir və bədəndəki iltihabı azaltmağa kömək edir.
SARIKÖK
Sarıkök curcumin adlı birləşmə sayəsində antiinflamatuar xüsusiyyətlərə malikdir və bədəndəki iltihabı yox etməyə qadirdir.
QARAGİLƏ
Qaragilə antioksidantla zəngin bir meyvədir və bədəndəki iltihabı yox edir.
BROKOLİ
Brokoli kimi tərəvəzlər bədəndəki iltihabı azaltmağa kömək edən antioksidant və antiinflamatuar birləşmələrə malikdir.
ZEYTUN YAĞI
Zeytun yağı oleokantal adlı komponent sayəsində bədəndəki iltihabı azaldır.
YAŞIL ÇAY
Yaşıl çay tərkibindəki antioksidanlar sayəsində bədəndəki iltihabı aradan götürməyə kömək edir.
Bu qidaları müntəzəm olaraq istehlak etmək bədəndəki iltihabı azaltmağa və xroniki iltihabın qarşısını almağa yardımçı olur. Ancaq xroniki iltihabı olan insanların əvvəlcə həkimə müraciət etmələri və qidalanma vərdişlərini həkimləri ilə birlikdə qiymətləndirmələri vacibdir.