Bəkməzin faydaları olduqca müxtəlifdir. Tərkibindəki yüksək antioksidanlar sayəsində orqanizm üçün çox faydalı qidadır. O, həmçinin dəmir, kalium, kalsium və maqnezium kimi zəngin mineral mənbəyidir. Həzm sistemini tənzimləmə xüsusiyyəti ilə tanınan bəkməz enerji verici xüsusiyyəti ilə də tanınır. İmmunitet sistemini gücləndirən təsirə də malikdir. Buna görə də, müntəzəm olaraq istehlak edildikdə bədəni gücləndirə və ümumi sağlamlıq vəziyyətinə müsbət təsir göstərə bilər.
Bəkməzi kərə yağı ilə qarışdırıb yesəniz, onun faydalarını daha da artırmış olarsınız.
Foodinfo.az bəkməzlə kərə yağı qarışığının faydalarını təqdim edir:
1. Şiddətli öskürəyi dərhal dayandırır.
2. Boğaz ağrısına yaxşı təsir edir.
3. Bədənin xəstəliklərə qarşı müqavimətini artırır.
4. Astma və bronxit üçün faydalıdır.
5. Qan dəyərlərini artırır.
6. Qrip, zökəm, bronxit kimi soyuqdəymə xəstəliklərindən daha tez sağalmağa kömək edir.
Bəs bu bəkməz yağ qarışımı necə hazırlanır?
Ərzaqlar:
Yarım armudu stəkanı tut bəkməzi
1 çay qaşığı kərə yağı
1 çay qaşığı limon suyu
Hazırlanması:
Balaca bir qaba bəkməz və kərə yağı əlavə edib yağ əriyənə qədər vam odda saxlanılır. Kərə yağı əridikdən sonra qaynamadan dərhal ocaqdan götürülür və bir qədər soyuduqdan sonra limon suyu əlavə edilir.
Hazırlanmış qarışığı tənəffüs yolu xəstəliklərinə qarşı dərhal təsir göstərməsi üçün gündə 2 çay qaşığı səhər və axşam istehlak etmək məsləhətdir.