Mətbəximizin vazkeçilməzləri olan limon və sarımsaq birləşdirildikdə əsl şəfa mənbəyinə çevrilir.
Limon və sarımsağın sağlamlıq üçün sonsuz faydaları hər kəsə məlumdur. Bununla belə, bu iki təbii qidanın birləşməsindən yaranan müalicəvi güc mərkəzi daha da təsir edici nəticələr verir. Xüsusilə siqaret və ya spirt kimi zərərli vərdişləri olanların limon və sarımsaq suyunu mütəmadi olaraq qəbul etmələri tövsiyə olunur.
Foodinfo.az bal və sarımsaq ikilisinin faydalarını təqdim edir:
- Bu müalicənin ən əhəmiyyətli faydalarından biri bütün damar iltihablarını müalicə etməsidir. Tıxanmış damarları açır, ateroskleroz və hipertoniyanın qarşısını alır.
- Hər cür revmatik ağrıları aradan qaldırır. Kirəcləşmənin qarşısını alır və oynaq səthlərinin yenilənməsini təmin edir.
- Xolesterolu aşağı salır. Zərərli yağları yandıraraq arıqlamağınıza kömək edir.
- Bədənin immun sisteminin sağlamlığı üçün çox təsirlidir və başda stresslə bağlı dəri allergiyası olmaqla hər cür allergiyanın qarşısını alır.
- Orqanizmi toksinlərdən təmizləyici təsirə malikdir.
- Bədəninizi cavanlaşdırır.
- Şəkər səviyyəsini balanslaşdırır.
- Bədəndəki şişkinliyi aradan qaldırır və toxumalarda ödemin qarşısını alır.
- Böyrək və öd daşlarını əridir.
- İflic və insult riskini azaldır.
- Beyin hüceyrələrini və bütün sinir sistemlərini yeniləyir.
- İnfarkt riskinə qarşı ürək gücləndirici təsirə malikdir.