Mütəxəssislər Alzheimerin "çağımızın epidemiya xəstəliyi" olduğunu qeyd edirlər. Gündəlik həyatda beynə mənfi təsir edən bəzi vərdişlər var.

Foodinfo.az bu vərdişləri təqdim edir edir:

AZ YATMAQ 

Yuxu həyat üçün ən vacib ehtiyacdır. Gündə 7 saatdan az yatmaq beyin fəaliyyətini azaldır. Kifayət qədər yatmayanda beynimizin iştahı artır və biz davamlı olaraq şəkərli qidalara can atırıq.  

Bu zaman öyrənmə qüsurları, yaddaş, psixi problemlər, xroniki xəstəliklər, hipertoniya və diabet riski artır. Gecələr yaxşı yata bilməyən uşaqlar gün ərzində daha hiperaktiv, əsəbi və diqqətsiz olurlar.

OTURAQ HƏYAT 

Oturaq həyat piylənmə, ürək xəstəlikləri və diabet kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu sağlamlıq problemləri də beyninizə zərər verə və demans riskinizi artıra bilər. Beyninizi inkişaf etdirmək üçün etməli olduğumuz ən vacib şey fiziki fəaliyyətdir. Məsələn, yerimək düşünmə qabiliyyətini gücləndirir. Endorfin və serotonin hormonları istehsal edərək bizi daha xoşbəxt və enerjili edir. Ürəyin bədənə qan pompalamasını dəstəkləyərək beyinə qan axını artırır. Bu, beynin ümumi funksiyalarına müsbət təsir göstərir. Yüksək ürək dərəcəsini təmin edən idman hərəkətləri neyrogenezdə, yəni beyində yeni beyin hüceyrələrinin əmələ gəlməsində rol oynayır.

NEQATİV DÜŞÜNMƏ

Daim stress və narahat olmaq psixi sağlamlığınıza zərər verir. Bu vəziyyət depressiya, narahatlıq və hətta demans kimi problemlərə səbəb ola bilər. Elmi araşdırmalar göstərir ki, mənfi düşünən insanların beyinlərində daha çox amiloid və tau yığılması olur. Bu yığılma Alzheimer riskini artıran əhəmiyyətli bir səbəbdir.

QEYRİ-SAĞLAM QİDALANMA

Əgər davamlı olaraq fast food kimi zərərli qidalar yeyirsinizsə, beyniniz də zədələnəcək. Çox şirniyyat və ya yüksək glisemik qidalar da beyin sağlamlığına mənfi təsir göstərir. Həmçinin, bədənimizdə nə qədər çox yağ varsa, beyin üçün bir o qədər pisdir. Piylənmə demans və xüsusilə Alzheimer riskini artırır. Beyni qorumaq üçün zülal, B vitamini, D vitamini və Omeqa 3 ilə zəngin qidalardan istifadə etməlisiniz. 

HƏDDİNDƏN ARTIQ ÇAY VƏ QƏHƏ İÇMƏK Gündə 1-2 fincan qəhvə və ya çay qəbul etmək koqnitiv funksiyalara müsbət təsir edir. Bununla belə, çoxlu kofein beynə zərərlidir. Gündə 300 mq-dan çox kofein qəbul etmək beyninizi zədələməyə başlayır. 1 stəkan çayda 50 mq kofein, 1 stəkan qəhvədə isə 75 mq kofein var. Gündə 1 və ya 2 fincan qəhvə içənlərdə koqnitiv qabiliyyət artdığı halda, 3 stəkandan çox içənlərdə bunun əksi olur. 

SU İÇMƏMƏK

Beynimizin 70-80 faizi sudan ibarətdir. Üstəlik, su işləməsi üçün lazım olan maddələri beyinə daşıyır. Buna görə də kifayət qədər su içdikdə beynimiz daha yaxşı işləyir. 

SİQARET

Siqaret tüstüsünün tərkibindəki bir çox toksin, xüsusən də onun tüstüsindəki formaldehid beyin hüceyrələrini öldürür. Siqaret çəkənlərdə beyin hüceyrələrinin zədələnməsinin ən əhəmiyyətli səbəbi oksigen tutumunun azalması və beynin zədələnməsinə səbəb olan oksidləşdirici stressin inkişafıdır. Həm aktiv, həm də keçmiş siqaret çəkənlər Alzheimer üçün yüksək risk altındadır. 

SPİRTLİ İÇKİLƏR

Spirtli içkilər qaraciyəri zədələyir, bədəndən toksinlərin çıxarılmasını çətinləşdirir. Orqanizmdə toplanan toksinlər beyni zədələyir və sürətli qocalmağa səbəb olur. Alkoqolun tez-tez istifadəsi beynin kiçilməsinə səbəb olur. Xüsusilə, planlaşdırma, hesablama, yaddaşla əlaqəli bölgələr və emosiyaları idarə edən bölgələr kiçilir.  

YÜKSƏK SƏSLƏ MUSİQİ DİNLƏMƏK

Musiqi dinləmək beyin üçün faydalıdır, lakin yüksək səslə dinlənildikdə eşitmə itkisinə səbəb ola bilər. Bu vəziyyət beyin üçün də risk yaradır. Çünki elmi araşdırmalar göstərir ki, eşitmə zəifliyi olan insanlar daha çox Alzheimer xəstəliyinə tutulurlar. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏN ÇOX İSTİFADƏ

Son zamanlar hamımızın əlimizdə smartfon və kompüterlər var. Günümüzü onlarla keçiririk. Ancaq bu vəziyyət diqqət problemlərinə, üz-üzə sosial ünsiyyətdə çətinlik çəkməyə, iş yoldaşları münasibətlərində mənfi təsirlərə səbəb olur.