Beyin zədələnməsi bir çox fərqli faktorun təsiriylə meydana gələ biləcək ciddi bir sağlamlıq problemidir. Beyin zədələnməsinə səbəb olan amilləri anlamaq bu cür riskləri azaltmaq və qoruyucu tədbirlər görmək üçün çox vacibdir.
Foodinfo.az beynin zədələnməsinə səbəb olan 7 amili təqdim edir:
1. Travma: Yıxılma, qəza və zərbə kimi vəziyyətlər beyin zədələnməsinin ən çox görülən səbəbləridir. Belə hallar beyində toxumaların zədələnməsinə və qanaxma kimi ciddi problemlərə səbəb olur.
2. İnsult: İnsult beyinə qan axınının qəfil kəsilməsi nəticəsində beyin hüceyrələrinin zədələnməsinə səbəb olan ciddi bir vəziyyətdir. Yüksək qan təzyiqi və ürək xəstəlikləri kimi risk faktorları insult riskini artıra bilər.
3. İnfeksiyalar: Beyin infeksiyaları, xüsusilə viral və ya bakterial meningit beyinə ciddi ziyan vura bilər. Əgər bu cür infeksiyalar erkən diaqnoz qoyulub müalicə olunmazsa, beyinin qalıcı zədələnməsinə səbəb ola bilər.
4. Şişlər: Xoş və ya bədxassəli beyin şişləri beyinə təzyiq göstərərək toxumaların zədələnməsinə və sinir sisteminə ciddi təsir göstərir.
5. Zəhərlənmə: Kimyəvi maddələr, həddindən artıq spirtli içki istehlakı, ağır metallar kimi zəhərli maddələr beyin hüceyrələrinə zərər verə və beyin zədələnməsinə səbəb ola bilər.
6. Nevroloji xəstəliklər: Parkinson xəstəliyi, Alzheimer xəstəliyi, dağınıq skleroz kimi nevroloji xəstəliklər beyin zədələnməsinə səbəb ola bilər.
7. Xroniki stress: Uzun müddətli və sıx stress beyində mənfi təsirlərə səbəb olur. Bu, kortizolun yüksək səviyyədə sərbəst buraxılmasına və beyin strukturunda dəyişikliklərə gətirib çıxarır.
Beyin zədələnməsi riskinin qarşısını almaq və ya azaltmaq üçün müntəzəm sağlamlıq yoxlamaları, sağlam qidalanma, az riskli idman növlərini seçmək və stressdən qaçınmaq kimi ehtiyat tədbirlərinin görülməsi vacibdir. Bundan əlavə, siqaret və spirtli içkilərdən qaçınmaq, təhlükəsizliyi təmin etmək, gündəlik həyat prinsiplərinə diqqət yetirmək beyin sağlamlığını qorumaq üçün vacibdir.