Zaqulba, Buzovna, Mərdəkan çimərliklərində balıqların tələf olmasına səbəb son günlər havaların isti keçməsi, dəniz suyunun temperaturunun qalxması nəticəsində suda oksigenin azalmasıdır.
Foodinfo.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov bildirib.
O qeyd edib ki, yay aylarında bu təbii prosesdir və suyun dayaz hissələrində balıqların ölümünü müşahidə etmək mümkündür.
Xidmət rəsmisinin sözlərinə görə, tələf olmuş balıqlar üzərində aparılan analizlərin nəticələri də balıq nümunələrində infeksion xəstəliklərin və zəhərlənmə hallarının olmadığını göstərib.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir