Uşaqlarda patoloji yemək, əslində yeməli olmayan hər şeyi ağızlarına aparmaq kimi zərərli vərdişlər ciddi bir problemdən xəbər verir. Tibbdə buna “Pika” deyilir. Torpaq yemək, təbaşir yemək, boya, saç, parça, ayaqqabı mazı qoxlama, kağız yemək, daş yemək və s. kimi vərdişlər varsa, bu məsələni ciddiyə almaq və səbəbi araşdırmaq üçün mütləq həkimə müraciət etmək lazımdır.
Bunun səbəbi çox zaman dəmir əksikliyi anemiyası və psixoloji faktorlardan (autizm spektr pozğunluğu, mental ləngimə, ailədaxili psixoloji gərginlik və s.) qaynaqlanır. Səbəbə yönəlik düzgün müalicə ilə bu problemdən qurtulmaq mümkündür.