Yaşıl lobya tərkibindəki qida maddələrinə görə orqanizmə bir çox faydalar gətirən bir məhsuldur. O, həmçinin xolesterolu azaltmağa və həzm problemlərindən qurtulmağa kömək edir, buna görə də gündəlik pəhrizinizə daxil etməyə dəyər. Foodinfo.az xəbər verir ki, bu barədə Life.ru saytına müsahibəsində Dövlət Təhsil Universitetinin Ümumi biologiya və bioekologiya kafedrasının dosenti Roman Oparin danışıb.

Bədən çəkisinə xüsusi diqqət yetirən və arıqlamaq istəyənlər üçün yaşıl lobya aşağı kalorili məzmuna və bədəni doyuran çox miqdarda qida maddəsinə görə əla seçim olacaqdır.

Tərkibində çoxlu B vitaminləri, C, A, K vitaminləri, minerallar: dəmir, kalium, maqnezium, kalsium və başqaları; qəbizliyin qarşısını alan, həzmi yaxşılaşdıran və qan şəkərinin normal səviyyədə saxlanmasına kömək edən lif var. Yaşıl lobyadan müntəzəm istifadə "pis" xolesterinin səviyyəsini azaldır və ürək-damar sisteminin ümumi vəziyyətini yaxşılaşdırır.

Leyla