Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitkiçilik məhsullarının istehsalçıları və ixracatçıları ilə görüş keçirib. Videokonfrans formatında keçirilən görüşdə AQTA mütəxəssisləri fındıq, nar, soğan, xiyar, gilas, şaftalı məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlara zəruri məlumatlar verib.
Foodinfo.az xəbər verir ki, tədbirdə Rusiya Federasiyası tərəfindən meyvə-tərəvəz məhsullarının idxalına qoyulan tələblər, həmçinin müvafiq göstəricilərə uyğun olmayan meyvə-tərəvəz məhsullarının bu ölkəyə ixracının mümkün olmayacağı iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydalara uyğun pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verilir. Eyni zamanda təsərrüfatlarda istifadə olunan toxum və tinglər müayinələrə cəlb olunmalı və dövri olaraq dezinfeksiya tədbirləri həyata keçirilməlidir.
Görüşdə bitki mənşəli məhsulların ixracı ilə bağlı Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri, ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi və beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib və təsərrüfat sahiblərinin üzərinə düşən məsuliyyət onların diqqətinə çatdırılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir