Dünya Bankı və BMT Qəzza zolağı sakinlərinin yarıdan çoxunun aclıq astanasında olduğunu bildirən birgə hesabat hazırlayıb.

Foodinfo.az bildirir ki, bu barədə RİA Novosti sənədə istinadən xəbər yayıb .

“Qəzza əhalisinin yarıdan çoxu qıtlıq astanasındadır və bütün əhali ciddi ərzaq qıtlığı və qida çatışmazlığından əziyyət çəkir”, - hesabatda qeyd edilir.

Bildirilir ki, 1 milyondan çox insan evsiz qalıb, əhalinin 75%-i məcburi köçkün vəziyyətinə düşüb.

Fərid