Bədənin ən mühüm orqanlarından biri olan böyrəklər qanı süzür və tullantıları təmizləyir. Qan təzyiqini tənzimləyən, sümük sağlamlığını dəstəkləyən və istehlak edilən qidalardan asılı olaraq yeni qırmızı qan hüceyrələrinin istehsalını təmin edən böyrəklərdə bəzən ağrı və daş əmələ gəlməsi müşahidə edilə bilər. Odur ki, böyrək sağlamlığına daim diqqət yetirmək lazımdır.
Foodinfo.az böyrək sağlamlığı üçün faydalı olan qidaları təqdim edir:
ALMA
Qırmızı alma yüksək lif tərkibinə görə ən yaxşı filtrasiyanı təmin edir. Böyrəkləri də təmizləyir. Gündə bir alma yemək böyrəklər və bağırsaqlar üçün çox faydalıdır.
BALQABAQ
Qış aylarında tez-tez istehlak edilən balqabağın tərkibindəki kalsium böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır və böyrəklərin ümumi sağlamlığını dəstəkləyir.
CƏFƏRİ
Cəfəri tərkibindəki vitamin və minerallar sayəsində böyrəklərin təmizlənməsini və işləməsini dəstəkləyir. Xüsusilə böyrək xəstəliyi olan insanlarda suyun tarazlaşdırılmasına kömək edir. Cəfəri istehlakı dəmirin udulmasını artırır və dəmir ehtiyatlarını doldurmağa kömək edir. O həm də yüksək enerji verən xüsusiyyətlərə malikdir.
GAVALI
Böyrək, ürək və xolesterin xəstəliklərinə xeyirli olan gavalı antioksidanlarla çox zəngindir.
QIZILBALIQ
Tərkibindəki yüksək omeqa 3 ilə qızılbalıq böyrəklərə bərpaedici təsir göstərir. Tərkibindəki sink və dəmir böyrəklər üçün çox vacibdir.
BİTKİ ÇAYLARI
Bəzi bitki çaylarının böyrəklərin filtrasiyasını dəstəkləmək üçün müsbət təsirləri olduğunu söylənilir.
DÜYÜ
Düyü balanslı şəkildə istehlak edilərsə, böyrək xəstələrinin qalan enerji ehtiyaclarını ödəyir. Bununla belə, şəkərli diabet xəstələri düyü istehlakına diqqətli olmalı və əvvəlcədən həkimləri ilə məsləhətləşməlidirlər. Porsiyaya nəzarət təmin edilməzsə, düyü xəstəliyin gedişatını pisləşdirə bilər.