Bravo supermarketlər şəbəkəsi Vakansiya elan edir. Marketə merçendayzer (Gecə növbəsi) tələb olunur.

Vəzifə öhdəlikləri:
– Mağazada məhsulların planoqramına uyğun ön üzlərinin yığılması
– Mallar, xüsusi sifariş siyasətləri, hədiyyə qablaşdırma xidmətləri, promo aksiyalar və s. haqqında biliklərə malik olmaq
– Vitrinlərə nəzarət, merçendayzinq standartlarını mağazada tətbiq etmək
– Satış məkanında malların çeşidlərinin və ölçülərinin mövcudluğunu təmin etmək
– Lazım olduqda rəfləri yeni mallarla doldurmaq
– Müştəri məmnuniyyətini artırmaq və satışları artırmaq üçün mağazada təklif olunan məhsul və xidmətlər haqqında müştəri rəylərini toplamaq
– Mağazada plana əsasən digər şöbələrin işlərinin vaxtında, düzgün aparılması və təhvil verilməsinə nəzarət etmək.

Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: 1 ildən aşağı

İş Rejimi:
– İş yeri: Bravo marketlər (Ərazi üzrə dəyişir)
– İş qrafiki: Gecə növbəsi

Əmək haqqı:
– Aylıq məvacib 650 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Merçendayzer (Gecə növbəsi)” qeyd edərək [email protected] e-poçt ünvanına ya da (051) 207-49-75 whatsapp nömrəsinə əlavə edib göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur