Jurnalistlərin Britaniyanın ən kök adamı adlandırdıqları 298 kiloqram çəkidə Ceyson Holtonun anası İngiltərə Milli Səhiyyə Xidmətindən arıqlamaq üçün iynələrə büdcədən vəsait ayırmağı tələb edib. Bu barədə “The Sun” məlumat yayıb.

Leisa Holton etiraf edib ki, oğluna qarşı çox yumşaq davranıb və onun fast-foda aludəçiliyi ilə bağlı heç nə edə bilməyib.

Buna baxmayaraq, o, müxtəlif üsullarla oğlunun artıq çəkisi ilə mübarizə aparmağa çalışıb. 16 yaşında və 146 kiloqram ağırlığında olanda Leisa onu altı həftəlik arıqlama düşərgəsinə göndərmək üçün kredit götürmək qərarına gəlib. O, arıqlamağı bacarıb, lakin tezliklə əvvəlki həyat tərzinə qayıdıb.

2022-ci ilin yanvarında həkimlər Ceysonun qan laxtalanmasından şübhələndikdə, o, adətən iri heyvanların diaqnozu üçün istifadə olunan maşınlardan istifadə edərək rentgen çəkdirmək üçün zooparka göndərib.

Leisa oğluna pulsuz yağ yandırma kursu verilməsini gözləyir. O hesab edir ki, başqa üsullarla ona kömək etmək artıq mümkün deyil. Həddindən artıq çəkisi və hərəkətsizliyi səbəbindən Ceyson həyatı üçün təhlükəli olan çoxsaylı xəstəliklərdən əziyyət çəkir.

Leyla